Ödənişli yollarda sürət həddi ilə bağlı qanun qəbul edildi - RƏQƏMLƏR

Ödənişli yollarla bağlı yeni qayda müəyyən edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihədə qeyd olunur ki, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün ödənişli avtomagistrallarda - saatda 130 kilometrdən çox olmayan sürət həddi müəyyənləşir.
Digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli yollarda sürət həddi saatda 90 kilometrdən çox olmamalıdır.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
Təzə asfalt niyə yenidən kəsilir? - AAYDA-dan izah - VİDEO
Abşeron dairəvi dəmir yolu xəttində hansı yeniliklər olacaq? – ADY-dən AÇIQLAMA - VİDEO
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün 111 mülkiyyətçi ilə razılaşma əldə edilib - RƏSMİ
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq - FOTO
Horadiz–Ağbənd dəmir yolu layihəsində tikinti işləri tamamlanıb - VİDEO
Xidməti maşından şəxsi maraqlar üçün istifadə QADAĞAN OLUNUR
Paytaxtda Heydər Əliyev parkının yaxınlığında yeni svetoforlar quraşdırılıb - VİDEO
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu - YENİLƏNİB
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO












