Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI

Azərbaycanda dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin satışı üzrə martın 3-də açıq hərrac keçiriləcək. Avtosfer.az-ın məlumtına görə, hərraca Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Hesablama Palatası və digər qurumlara məxsus ümumilikdə 26 nəqliyyat vasitəsi çıxarılacaq. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən satışa çıxarılan nəqliyyat vasitələri arasında "BMW", "Toyota", "Nissan", "Mercedes-Benz", "Audi", "Chevrolet" markalı minik avtomobilləri, "PAZ" və "İVECO" avtobusları, həmçinin təcili yardım və yük avtomobilləri yer alır. Avtomobillərin buraxılış illəri 1989–2014-cü illəri əhatə edir. Start qiymətləri 1300 manatdan başlayaraq 19 000 manata qədər dəyişir. Hərracda iştirak etmək istəyən şəxslər satışa çıxarılan avtomobillərlə əvvəlcədən tanış ola bilər. Bunun üçün balanssaxlayıcı təşkilatlar tərəfindən şərait yaradılır. İştirakçılar start qiymətinin 10 faizi həcmində beh ödəməlidir.
3 mart 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılan nəqliyyat vasitələrinin SİYAHISI
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət










