Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə,qəza avqustun 27-də saat 16:01 radələrində Natəvan küçəsində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, 88-BV-284 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşını qarşıda dayanmış “Toyota Prius” markalı avtomobilə çırpılıb. Belə ki, “Prius”un sürücüsü piyada keçidindən azyaşlı övladları ilə keçən piyadalara yol vermək üçün dayanıb. Bu zaman arxadan hərəkətdə olan “Ford”un sürücüsü ara məsafəsini düzgün seçməyərək önündəki avtomobillə toqquşub. Videoda hadisədən bir neçə saniyə əvvəl yük maşını sürücüsünün günəş şüalarının qarşısını almaq üçün avtomobilin günlüyünü açdığı görünür. Sürücünün bu hərəkətinin diqqətinin yayınmasına və nəticədə qəzanın baş verməsinə səbəb olduğu qeyd olunur.
Xoşbəxtlikdən, qəza nəticəsində xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Xatırladaq ki, sükan arxasında olan sürücü diqqətini yayındıra biləcək hərəkətlərdən çəkinməlidir. Əks halda, belə diqqətsizlik yol-nəqliyyat hadisəsi ilə nəticələnə bilər.
Nərmin
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












