Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO

ABŞ-də yaşayan tanınmış televiziya və radio aparıcısı Aynur Talıbova (DJ Aynur) ölkədə benzinin qiymətləri, yanacaq xərclərinin ailə büdcəsinə təsiri və bu məsələnin seçkilərdəki əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Avtosfer.az xəbər verir ki, aparıcı sosial şəbəkədə paylaşdığı videoda ABŞ-də yanacaqdoldurma məntəqələrində benzinin sürücülər tərəfindən özləri tərəfindən vurulduğunu, bunun üçün ayrıca işçi xidmətindən istifadə edilmədiyini bildirib.
O qeyd edib ki, ABŞ-yə ilk köçdükləri vaxt benzinin qiyməti təxminən 1 dollar 85 sent (3,15 manat) olduğu halda, hazırda bu rəqəm 4 dollar 70 senti (7,99 manat) ötüb. Dizel yanacağının qiymətinin isə 6 dollar 39 sent (10,86 manat) olduğunu vurğulayıb.
Avtomobilinin yanacaq çənini doldurmaq üçün 71 dollar 16 sent (120,97 manat) ödəyib. Bu məbləğin təxminən bir həftəlik yanacaq ehtiyacını qarşıladığını deyən aparıcı ay ərzində üç-dörd dəfə benzin almağın ailə büdcəsinə ciddi təsir göstərdiyini qeyd edib.
O, dizel yanacağının daha baha olmasını ABŞ-də bu yanacağın kommersiya məqsədli istifadə ilə əlaqələndirib.
Aparıcı bildirib ki, ABŞ-də yaşayış məntəqələri arasındakı məsafələrin böyük olması və ictimai nəqliyyat imkanlarının məhdudluğu səbəbindən avtomobil gündəlik həyatın ayrılmaz hissəsidir. İnsanlar işə getməkdən tutmuş uşaqlarını məktəbə aparmağa və gündəlik alış-verişə qədər bir çox ehtiyaclarını şəxsi avtomobillə qarşılayırlar.
Onun fikrincə, benzinin bahalaşması təkcə nəqliyyat xərclərinə deyil, ərzaq alış-verişinə, restoranlara, əyləncəyə və digər gündəlik xərclərə də təsir edir. Bu səbəbdən yanacağın qiyməti ABŞ-də seçkilər ərəfəsində siyasi partiyaların diqqət yetirdiyi əsas məsələlərdən biridir.
Aynur Talıbova sonda Azərbaycandakı vəziyyətə də toxunaraq, son 10 ildə Bakıda benzinin qiymətinin nə qədər dəyişdiyini izləyicilərinə ünvanladığı sualla gündəmə gətirib.
Eltac Zülfüqaroğlu
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO












