2024-cü ilin ən yaxşı qadın avtomobili bəlli oldu - FOTO

2024-cü ilin ən yaxşı “qadın avtomobili” seçilib.
Bu dəfə sürücülərin rəğbəti böyük elektromobilin - yeddi nəfərlik “KIA EV9”un tərəfində olub.
Qadınların Ümumdünya Avtomobili (WWCOTY) müsabiqəsinin münsiflər heyətinin üzvləri olan avtomobil jurnalistləri Cənubi Koreya krossoverini geniş salona, təsirli aerodinamikaya, qabaqcıl dizayna və sürətli enerji dolumuna görə tərifləyiblər. Avtomobilin 240 kilometr məsafəyə gedişini təmin etmək üçün 15 dəqiqəlik enerji təchizatı kifayətdir.
2024 Ümumdünya Qadın Avtomobili 52 ölkədən 75 qadın jurnalist tərəfindən seçilib. Həmçinin, “Volvo EX30” ən yaxşı ailə avtomobili, “BMW 5-Series” ən yaxşı böyük avtomobil, “Volkswagen Amarok” ən yaxşı tam ötürücülü avtomobil, “Aston Martin DB12” ən yaxşı eksklüziv avtomobil kimi tərcih edilib.
Qeyd edək ki, “KIA EV9” həm də ən yaxşı böyük krossover adını qazanıb.
Xatırladaq ki, yeddi yerlik “KIA EV9” keçən ilin yazında debüt edib. Beş metrlik kuzova malik avtomobil üç versiyada təklif olunur: 204 və 218 at qüvvəli bir mühərrikli və 385 at qüvvəli iki mühərrikli. Sonuncu sıfırdan saatda 100 kilometrə 5,3 saniyəyə sürətlənir. Ən zəif mühərrikə malik olan ən uzun mənzilli “Long Range” versiyasının gediş məsafəsi 541 kilometrdir. Standart avadanlığa adaptiv kruiz-kontrol və 10 təhlükəsizlik yastığı daxildir.
Avtomobilin ABŞ-də qiyməti 54 900 dollardan başlayır.
Cərimə ballarının ləğvi və 30-a qaldırılması Milli Məclisdə müzakirəyə çıxarıldı - ŞAD XƏBƏR
Avropalı ekspert: çinli istehsalçılar yaponların yolu ilə gedirlər
Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO
Təkər əyriliyinə görə yaranan problemlər
Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
“Toyota”nın saxta transmissiyası
İndiyə kimi neçə avtomobil utilizasiyaya verilib? – RƏSMİ AÇIQLAMA
Sürücüsüz avtomobillərlə bağlı TƏLƏBLƏR müəyyənləşir - Hansı hallarda İCAZƏ VERİLƏCƏK?
Elektromobillər daha az sürülür
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?










