ABŞ-da məşhur yazıçının tərk edilmiş avtomobili tapıldı - FOTO

ABŞ-da 1940-cı ildə buraxılmış “Mercury” minik maşını tapılıb. Avtomobil məşhur yazıçı Marqaret Mitçelə məxsus olub.
Məşhur “Küləklə sovrulanlar” romanının müəllifi yeni “Mercury Eight” avtomobilini 1940-cı ildə avtosalondan alıb. Maşının orijinal sənədləri qorunub saxlanılıb.
1949-cu ildə yazıçının ölümündən bir qədər əvvəl “Mercury” anbara yerləşdirilib. Marqaret Mitçelin ölümündən sonra əri və qardaşı maşını satmağa çalışsalar da, alıcı tapılmayıb.
O vaxtdan bəri “Mercury Eight” anbarda qalıb və 74 il ərzində heç vaxt sürülməyib. Sedan pasla örtülüb, boyası isə soyulub. Avtomobilin mühərrikini hələ ki işə salmaq mümkün olmayıb, bu isə o deməkdir ki, avtomobilin uzun müddət bərpaya ehtiyacı var.
İndi Marqaret Mitçelin avtomobilini yenidən satmağa çalışacaqlar.
Qeyd edək ki, “eBay”də onun qiyməti 100.000 dollar olaraq dəyərləndirilib, baxmayaraq ki, 1940-cı ilin “Mercury”si, hətta mükəmməl vəziyyətdə belə, adətən daha ucuzdur.
Xatırladaq ki, birinci nəsil “Mercury Eight” 1939-1941-ci illərdə istehsal edilib və məşhur “Ford V8”in daha dəbdəbəli versiyası kimi ictimaiyyətə təqdim edilmişdi. Sedan 3,9 litrlik 100 at gücü olan səkkizlik və üç pilləli mexaniki transmissiya ilə təchiz edilib.(0xu.az)
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?











