Avtomobili hərəkətin əksinə sürən şəxsin saxlanılma anları - FOTO - VİDEO

Azərbaycanda sürücü qaydaları kobud şəkildə pozub.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Videogörüntülərdə “Niva” markalı avtomobilin sürücüsünün polisə tabe olmadığı görünür.
Belə ki, sürücü Dövlət Yol Polisi əməkdaşları yaxınlaşan zaman maşını geriyə hərəkət etdirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman “Niva” markalı avtomobilin sürücüsünü yol hərəkəti qaydalarını pozduğuna görə saxlayıblar:
“Bu zaman sürücünün sərxoş olması barədə əsaslı şübhələr yaranıb. Sürücü ilə profilaktik söhbət aparılaraq, sükanı tərk etməsi bildirilsə də, o, buna tabe olmayıb. Məsuliyyətdən yayınmaq üçün qaçmağa cəhd edən sürücü Q.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində qanunamüvafiq qaydada tədbir görülüb”.
(Oxu.az)
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










