Avtomobilin kilometrajının çəkildiyini necə müəyyən etmək olar? - VİDEO

Özünə xaricdən avtomobil sifariş edən bəzi sürücülər maşınların yürüş məsafəsinə müdaxilə edildiyini deyirlər.
Onlar iddia edirlər ki, avtomobilin göstərilən yürüş məsafəsi ilə real qət etdiyi məsafə arasında kəskin fərq olur.
Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, avtomobil ustası Sahil Ağabəyli deyir ki, son zamanlar belə şikayətlər artıb. Avtomobil alan şəxslər az kilometrajlı maşınlara üstünlük verirlər. Belə maşınlar xarici bazarlarda baha olduğundan bəzi işbazlar ucuz qiymətə yürüş məsafəsi çox olan avtomobili alaraq sonradan onun kilometrajını geri çəkirlər.
Sahil Ağabəyli deyir ki, xaricdən avtomobil sifariş edənlər mütləq qaydada avtomobilin sığorta keçmişi ilə maraqlansınlar. Sığorta keçmişi olmayan maşınların kilometajının çəkilmə ehtimalı yüksəkdir. Daxili bazardan maşın alanlar da aldadıla bilər. Çünki bəzi satıcılar ili köhnə avtomobillərin də kilometrajını geri çəkirlər.
Qeyd edək ki, avtomobilin kilometrajını geri çəkən şəxslər istehlakçıları aldatma maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb oluna bilərlər. İstehlakçının aldadılması 40-500 manat arası olduqda həmin şəxs və yaxud şəxslərə 3 min manatdan 5 min manatdək cərimə və ictimai işlərə cəlb olunma, 500 manatdan artıq olduqda isə 5-7 min manatdək cərimə və ya 6 aylıq azadlıqdan məhrum etmə cəzası verilə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












