Avtomobilin salonunda rütubətin qarşısını necə almaq olar?

Artıq havalar soyuyub və sürücülər avtomobildən istifadə edərkən qızdırıcıdan istifadə edirlər. Lakin bu, maşının salonunda rütubətlənməyə, kondensat toplanmasına gətirib çıxarır. Yaxın günlərdə, havalar kəskin soyuduqda sürücülər səhər saatlarında maşında nəmlik olduğunu, şüşələrdə su yarandığını görəcəklər. Bu da salonda xoşagəlməz iyin yaranmasına səbəb olacaq. Bəs çarə varmı?
Avtosfer.az xəbər verir ki, avtomoblin pəncərələrində kondensat yaranmasına səbəb temperatur fərqidir. Yəni, salondakı temperatur çöllə müqayisədə daha yüksək olduğundan su buxarı şüşəyə toxunaraq soyuyur və aşağıya doğru hərəkət edir. Nəticədə yaranan kondensat həm də mikroblar üçün əlverişli şərait formalaşdırır. Salondan pis iy də bu səbəbdən gəlir.
Bunu aradan qaldırmağın isə çox sadə üsulu var. Axşam avtomobili saxladıqda pəncərələri cəmi 5 dəqiqə açıq qoymaq kifayətdir. Bu zaman çöl və xarici temperatur bərabərləşdiyi üçün gecə boyu şüşələr tərləməyəcək.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












