Banner

Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?

Avtoxəbər 5 Noyabr 2026 21:19
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda minik avtomobillərinin yerli istehsalını təşviq etmək məqsədilə 6 il müddətinə vergi və gömrük güzəştlərinin tətbiqi təklif olunur. 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, müəyyən şərtlərlə ölkəyə gətirilən yığılmamış, komplektləşdirilməmiş və ya sökülmüş avtomobillər və onların ehtiyat hissələri ƏDV və gömrük rüsumundan azad edilə bilər.

Bəs bu güzəştlər Azərbaycanda avtomobil istehsalının inkişafı üçün nə dərəcədə əhəmiyyətlidir? Yerli istehsalın genişlənməsi avtomobil bazarında qiymətlərə təsir göstərəcəkmi?

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Yasin Mustafayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda tətbiq olunacaq mexanizmi tam mənada avtomobil istehsalı kimi qiymətləndirmək doğru deyil. Onun sözlərinə görə, hazırda ölkədə əsasən xaricdən gətirilən detalların yığılması həyata keçirilir:

"Avtomobil istehsalı dedikdə, burada tam istehsaldan söhbət getmir. Çünki Azərbaycanda artıq bir neçə müddətdir avtomobillərin yığılması prosesi həyata keçirilir. Xaricdən gətirilən detalların təxminən 95 faizi, bəlkə də daha çoxu hazır vəziyyətdə olur və burada sadəcə yığılır".

Bununla belə, ekspert hesab edir ki, prosesin müsbət tərəfləri də var. İlk növbədə, yerli əhalinin məşğulluğunun təmin edilməsi və bəzi avtomobil hissələrinin ölkə daxilində istehsalına başlanması sənayenin inkişafına töhfə verə bilər:

"Bu prosesin müsbət tərəfləri də var. İlk növbədə, yerli vətəndaşlar işlə təmin olunur. İkincisi, müəyyən avtomobil hissələri artıq ölkə daxilində istehsal edilir və bu da yerli istehsalın təşviqinə xidmət edir. Eyni zamanda, gələcəkdə avtomobil sənayesinin formalaşması üçün müəyyən mexanizm yaranır".

Yasin Mustafayevin sözlərinə görə, vergi və gömrük güzəştlərinin tətbiqi hazırkı mərhələdə avtomobil yığımı sahəsinin stimullaşdırılmasına yönəlib:

"Vergi və gömrük güzəştlərinin tətbiqi bu sahənin stimullaşdırılmasına yönəlib. Bildiyimiz kimi, BYD avtobuslarının istehsalı üçün artıq infrastruktur yaradılıb. Naxçıvan və Neftçalada da bir müddətdir avtomobillərin yığılması həyata keçirilir. Bu güzəştlər də həmin sahənin inkişafına xidmət edir".

Ekspert güzəştlərin müddəti başa çatdıqdan sonra onların uzadılması ehtimalını da istisna etməyib:

"Güzəştlərin müddəti hazırda 6 il nəzərdə tutulub. Ehtimal ki, bu müddət başa çatdıqdan sonra onun uzadılması məsələsinə də baxılacaq".

Oxunub : 158
ŞƏRH YAZ
Ad

E-mail

Şərh