Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR

Dünyaşöhrətli rejissor Kristofer Nolanın 2008-ci ildə çəkdiyi “Qara Cəngavər” (“The Dark Knight”) və 2012-ci ildə ekranlara çıxan “Qara Cəngavər Yüksəliş” (“The Dark Knight Rises”) filmlərində istifadə olunan məşhur “Betpod” (“Batpod”) motosikleti hərraca çıxarılıb.
Avtosfer.az xəbər verir ki, “Batman” filmlərində istifadə olunan nəqliyyat vasitəsinin 900 min funt-sterlinqə (təxminən 1,2 milyon dollar) satılacağı təxmin edilir.
“Propstore” hərrac evinin təsisçisi və baş direktoru Stiven Leyn bildirib ki, “Canavar” ləqəbli bu vasitə Kristofer Nolan və prodüser Natan Krouli tərəfindən dizayn edilib, vizual effektlər üzrə “Oskar” mükafatçısı Kris Korvold tərəfindən hazırlanıb.
Leyn 750 kubsantimetrlik “Honda” mühərriki və 31 düymlük nəhəng təkərlərlə təchiz edilən motosikletin çəkiliş meydançasında real işləməsini böyük mühəndislik nailiyyəti adlandırıb. İstehsal olunan altı nəqliyyat vasitəsindən yalnız bu nüsxəsi “Warner Bros. Studios” tərəfindən rəsmi olaraq satışa çıxarılıb.
Qeyd edək ki, onlayn başlayan hərrac dekabrın 4-də Londonda canlı satışla başa çatacaq.


Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?
Ən çox əməkdaşı olan avtomobil şirkətləri
"Toyota" başqa markalara mühərrik satacaq












