Avtomobilin yürüş göstəricisini dəyişdirməyə görə həbs cəzası verilə bilər

Rusiyada avtomobilin yürüş göstəricisinin (probeq) dəyişdirilməsinə görə həbs cəzasını nəzərdə tutan qanun layihəsi hazırlanır.
Bu barədə Rusiya Avtomobil Dilerləri Assosiasiyasının rəhbəri Aleksey Podşekoldin bildirib.
Onun sözlərinə görə, avtomobilin yürüşünü geri çəkməyə görə mümkün cəza 100 ilə 300 min rubl arasında cərimələrdir, çünki orta hesabla bu, avtomobilin yürüşünün manipulyasiyası nəticəsində dəymiş ziyanın miqdarıdır:
"Belə bir cinayət təkrar törədildikdə, ona görə həbs cəzasının tətbiqi təklif edilir. Eyni əməl iki və ya daha çox dəfə təkrarlanırsa, onda bu, artıq cinayət məsuliyyətidir: düşünürəm ki, bu, bir ildən üç ilədək olacaq. Biz istəyirik ki, dilerlər və sığorta şirkətləri avtomobillərə xidmət göstərərkən yürüş göstəricilərini daxil etsinlər, yəni yürüşlə bağlı məcburi işarələrin qoyulduğu daha çox nöqtə olsun", - Podşekoldin əlavə edib.
O qeyd edib ki, assosiasiya bu qanun layihəsinin hazırlanmasında iştirak edir və cəza ilə bağlı Maliyyə Nazirliyinə artıq təkliflər göndərib: “Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə, habelə nəqliyyat vasitələrinin qeydiyyatı qaydalarına dəyişikliklər edilməlidir”. (apa)
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?











