Azərbaycanda avtomobillərin kəskin artmasına baxmayaraq kasko alanlar cüzi ARTIB

Azərbaycana avtomobil idxalının kəskin artmasına və yollarda avtomobillərin çoxalmasına baxmayaraq avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları yüksək templə artmır.
Avtosfer.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-cu ilin yanvar-oktyabr dövründə (10 ayda) sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 32 milyon 436 min manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 482 min manat və ya 1,5% çoxdur. 2020-ci ilin yanvar-oktyabr dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 31 milyon 954 min manat sığorta haqları hesabalanmışdı.
2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin 10 ayında könüllü avtomobil sığortası üzrə ödənişlər 1 milyon 956 min manat və ya 18,5% artaraq 12 milyon 508 min manat təşkil edib. Ötən ilin 10 ayında KASKO üzrə ödənişlər 10 milyon 552 min manat olmuşdu.
Xəbər verdiyimiz kimi, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində (10 ayda) xarici ölkələrdən Azərbaycana 744 milyon 379 min dollar dəyərində 72 min 902 ədəd avtomobil (nəqliyyat vasitələri) idxal edilib. Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı 2020-ci ilin 10 ayı ilə müqayisədə 30 min 75 ədəd və ya 70,12% (1,7 dəfə) çoxdur. (Marja)
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...












