Minik avtomobillərinin sayında kəskin artım var - FOTO

Azərbaycanda 2021-ci ilin yanvar-oktyabr aylarında istehsal edilən avtomobillərin sayı açıqlanıb.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, müvafiq dövrdə ölkəmizdə 1 862 ədəd minik avtomobili istehsal edilib.
Bu istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 365 ədəd və ya 24,4 faiz çoxdur. Təkcə oktyabr ayında isə 346 ədəd minik avtomobili istehsal edilib.
10 ay ərzində ölkəmizdə 581 ədəd traktor istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Təkcə oktyabr ayında isə 71 ədəd traktor istehsal edilib.
Ümumilikdə isə 323,4 milyon manatlıq maşın və avadanlıqları, digər nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,5 faiz, maşın və avadanlıqların istehsalı 9,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 90 faiz azalıb.
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500 manatdan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO











