Azərbaycanda köhnə avtomobillər qadağan olunacaq

“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Sərhəddə ticarət” İşçi Qrupunun “Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviq edilməsi sahəsində təhlillərin, qiymətləndirmələrin aparılması və müvafiq təkliflərin hazırlanması üzrə” altqrupunun iclası keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, aidiyyəti dövlət qurumlarının məsul şəxsləri ilə yanaşı, özəl sektor nümayəndələrinin də iştirak etdiyi tədbirdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev tərəfindən altqrupun fəaliyyət istiqaməti və bu kontekstdə qarşıda duran əsas hədəflər barədə ümumi məlumat verilib.
İclas zamanı iştirakçılar tərəfindən elektrik və hibrid avtomobillərinin istifadəsinin stimullaşdırılması üzrə vergi siyasəti, həmin nəqliyyat vasitələrinin istifadəsinin təşviqi və istismar müddəti bitmiş avtomobillərin məhdudlaşdırılması sahəsində görülməli tədbirlər, elektromobillərin istifadəsinin genişləndirilməsi üçün maliyyə resurslarına çıxışın əlçatanlığının təmin olunması və bu sahədə əlverişli şərtlərlə kreditlərin verilməsi imkanları, elektrik enerji doldurucu məntəqələrinin genişləndirilməsi, bu məntəqələr vasitəsilə enerji satışının tənzimlənməsi məsələləri, o cümlədən sözügedən nəqliyyat vasitələrinin istifadəsinin ekoloji əhəmiyyəti və bu sahədə görülməli ekoloji tədbirlər haqqında ətraflı müzakirələr və fikir mübadiləsi aparılıb. Eyni zamanda, qeyd olunan sahələrdə məqsədyönlü şəkildə addımların atılması, qarşıya qoyulan hədəflərə nail olunması üçün dövlət və özəl sektor nümayəndələri tərəfindən bu istiqamətdə təhlillər aparılmaqla kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Sonda Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev müvafiq təkliflərin hazırlanması üzrə yol xəritəsinin tərtibi ilə bağlı altqrupun nəzdində yaradılmış tematik qruplar üzrə məlumatları tədbir iştirakçılarına təqdim edib, habelə bu istiqamətdə görüləcək işlərlə bağlı yol xəritəsinin hazırlanmasının vacibliyini və qarşıdakı günlərdə altqrupun növbəti iclasının keçiriləcəyini diqqətə çatdırıb.
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ











