Bazara satışa çıxarılan avtomobillərin sayı kəskin artıb - VİDEO

Son iki aydır ki, Bakının avtomobil bazarlarına satış üçün həddindən artıq avtomobil gətirildiyindən əraziyə giriş səhər saat 11-dən dayandırılır. Xüsusilə xaricdən gətirilən avtomobillərin sayı kəskin artıb.
Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, avtomobil bazarı üzrə ekspert Sərxan Qədirov deyir ki, son zamanlar xaricdən avtomobil sifariş edənlərin sayı çoxalıb.
Sərxan Qədirovun fikrincə, bazarların dolu olmasının səbəbi alverçilərin bir neçə maşını satışa çıxarmasıdır. Çünki heç də hər kəs xaricdən avtomobil almağa üstünlük vermir. Səbəb isə sifariş verilən avtomobilin gözlənilən vəziyyətdə gəlməməsidir.
Elə sürücülər də xaricdən sifariş verilən avtomobillərdə problemlərlə qarşılaşdıqlarını deyirlər.
Qeyd edək ki, ötən il ərzində Azərbaycana xarici ölkələrdən 90 mindən çox avtomobil idxal edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












