Buxar avtomobilini elektromobilə çevirdilər - FOTO

19-cu əsrin ortalarında buxar mühərrikləri geniş yayıldığı üçün onlar təkcə sənayeyə deyil, nəqliyyata da ayaq açdı. Avtosfer.az-ın xəbərinə görə, bu texnika yalnız gəmi və parovozlarda uğur qazandı. Avtomobildə isə özünü doğrultmadı. Bunun başlıca səbəbi buxar mühərrikinin ağır olmasıdır. Bu da son nəticədə buxar texnikasının daxili yanma mühərriki ilə əvəzlənməsinə gətirib çıxardı.
Fransız mühəndis Amede Bolenin də 1878-ci ildə layihələndirdiyi “Mancelle” adlı avtomobil (hərfi mənada – yəni özüyeriyən) də buxar mühərrikinin ucbatından ciddi uğur qazanmadı. Avtomobilin kütləsi 2800 kq, maksimal sürət 35 km/saat idi. O dövr üçün bu çox yüksək rəqəm olsa da, məhsul kommersiya baxımından uğurlu olmadı və cəmi 50 ədəd istehsal edildi.
Bununla belə, avtomobilin müəyyən nailiyyətləri də oldu: nəqliyyat vasitəsi 1878-ci ildə Parisdə keçirilən I Beynəlxalq Sərgidə iştirak edən ilk və yeganə avtomobil kimi tarixə düşdü. Bu həm də seriya ilə istehsal edilmiş ilk avtomobildir.
Bu günlərdə 23 yaşlı fransız gənc “Mancelle”in dövrümüzədək gəlib çatan nümunələrindən birinin bərpasını başa çatdırıb. İxtisasca dizayner olan bərpaçı avtomobili elektrik mühərriki ilə təchiz edib. Bununla belə, 5 il zəhmətdən sonra həyata ikinci dəfə vəsiqə alan avtomobilin zəncirli transmissiyası və taxta təkərləri saxlanılıb. Konstruksiyanı yüngülləşdirmək üçün buxar mühərriki və onun la əlaqəli detallar çıxarılıb.
Bərpadan sonra nəqliyyat vasitəsi avtomobil muzeyində sərgilənir.
Vüqar
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!















