LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən DANIŞDI

"LUKOIL şirkətinin Azərbaycanda və Qazaxıstanda həyata keçirdiyi layihələr unikal və uğurlu olub".
Avtosfer.az vesti.ru-ya istinadən xəbər verir ki, bunu neft şirkətinin təsisçisi Vahid Ələkbərov "Rusiya ilə neftdə birik. LUKOIL şirkətinin 35 illiyinə" adlı sənədli filmində bildirib.
"Biz xarici layihələrə Azərbaycan və Qazaxıstandan başladıq. Unikal layihələr hazırlandı. Bu ölkələrin böyük rəhbərləri onların işlənməsi üçün investisiyaların cəlb edilməsinə imkan yaratdılar. Bu gün Bakıya baxmaq, əlbəttə, xoşdur. Çünki həm Heydər Əliyev, həm də Azərbaycan Prezidenti İlham Əliyev yataqların işlənməsi və bu vəsaitlərin insanların rifahı naminə istifadə olunması üçün çox iş görüblər. Şəhərlər dəyişib, gözəlləşib", - deyə LUKOIL rəhbəri qeyd edib.
Ələkbərov vurğulayıb ki, şirkət həmişə fəaliyyət göstərdiyi ölkələrin qanunvericiliyinə uyğun işləyib.
"Yəqin xatırlamazsınız ki, LUKOIL şirkəti ilə bağlı hər hansı sosial və ya siyasi qalmaqal olsun. Biz həmişə razılığa gəlmək və problemləri həll etmək üçün imkanlar tapmışıq", - deyə Ələkbərov bildirib.
Qeyd edək ki, daha əvvəl amerikalı sahibkar Todd Boulinin rəhbərlik etdiyi konsorsiumun Rusiyanın LUKOIL neft şirkətinin xarici aktivlərini almaq barədə razılaşma əldə etdiyi məlum olub. Bu barədə "Reuters" agentliyi konsorsiumun nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, təxminən 10 milyard dollar dəyərində olan sövdələşmədə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası da iştirak edib. Tərəflər müqavilənin şərtlərinin "milli təhlükəsizliyin təmin olunmasına" uyğunluğunu təsdiqləmək üçün ABŞ Maliyyə Nazirliyinin razılığını gözləyirlər.
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO
Deputatın oğlunun Dubayda sərvəti üzə çıxdı - FOTO











