Banner

"200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? - VİDEO

Xəbərlər 25 Noyabr 2026 21:22
"200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb?   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonunun Digah qəsəbəsində sakinlərlə sahibkar arasında yol mübahisəsi yaranıb. Əliağa Vahid küçəsində yaşayan vətəndaşlar iddia edirlər ki, Yaqub adlı şəxs onların evlərinə gedib-gəldiyi yolu bağlamaq istəyir.

Avtosfer.az Baku TV-yə istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazini alan şəxs burada anbar tikməyi planlaşdırır. Bu isə onların gediş-gəlişində ciddi problemlər yaradacaq.

Sakinlərdən biri deyir ki, həmin şəxs ərazidə həm piyada, həm də avtomobil yolunun bağlanmasını, eləcə də şəhid bulağının sökülməsini istəyir:

"Buranı bağlayan bizim tanımadığımız bir adamdır. Yəni üzə çıxmayan bir adamdır. Adını bilirəm bircə. Cavan bir uşaqdır. Yaqub adlı bir şəxsdir. Deyir mənim burada "kupçam" var, nə bilim sənədim var. Yolu tam bağlamaq istəyir. Bulağın da sökülməyini istəyir. Bizə nə piyada yolu verir, nə maşın yolu verir. Camaatın da istədiyi, bizim də istədiyimiz odur ki, Allah xeyrini versin, tik. Sadəcə bizə maşın yolu versin. Qardaş, biz necə gedib-gələk? Bizim xəstəmizə təcili yardım burdan gəlir. İşə buradan gedir, uşaqlar bağçaya, məktəbə buradan gedir. Yol isə bir dənədir".

Digər sakinlər də bildirirlər ki, həmin ərazi uzun illərdir qəsəbə sakinlərinin istifadə etdiyi yoldur. Onların sözlərinə görə, sahibkar alternativ keçid təklif etsə də, bu yol yüksəkgərginlikli elektrik xətlərinin altından keçir.

Sakinlər iddia edirlər ki, sahibkar onlara ərazini 200 min manata aldığını və istəsələr də, istəməsələr də yolu bağlayacağını bildirib:

"İcra hakimiyyətinə dediyinə görə, yəni tək mənə deməyib, qonşulara da deyib ki, mən 200 min pul vermişəm. Yəni 200 min pul verib yol alıb, yolu çəkdirərəm".

Məsələni aydınlaşdırmaq üçün ərazidə olduğu iddia edilən müəssisənin sahibinə müraciət edilib. Sahibkar isə yolun satılması ilə bağlı iddiaları təkzib edib:

"Ora bizim şəxsi yerimizdir, oradan heç nə alınmayıb, satılmayıb. Həmin yerdən də torpaq istənilib bizdən. Biz də torpaq vermişik".

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi 2024-cü ildən vətəndaşın xüsusi mülkiyyətindədir və mülkiyyət hüququ müvafiq çıxarışla rəsmiləşdirilib.

Qurumun açıqlamasına görə, ətraf ərazidə yaşayan sakinlər öz yollarını qısaltmaq məqsədilə vətəndaşa məxsus torpaq sahəsindən keçid kimi istifadə etməyə başlayıblar. Hazırda mülkiyyətçi qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsini hasarlamağı nəzərdə tutur.

YouTubehttps://www.youtube.com/watch?v=jgfGoZ2-TnY

 

 

Oxunub : 62
ŞƏRH YAZ
Ad

E-mail

Şərh