Banner

"PlayStation 5" oğurlayan şəxs saxlanıldı, evindən tapança çıxdı - FOTO

Hadisə 25 Noyabr 2026 17:09
"PlayStation 5" oğurlayan şəxs saxlanıldı, evindən tapança çıxdı - FOTO
WhatsApp kanalımıza abunə olun

Xırdalanda internet salonlarından birindən 1500 manat dəyərində "PlayStation 5" oyun konsolu oğurlanıb.

Avtosfer.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən E.Fərzəliyev saxlanılıb.

O, salona müştəri kimi daxil olub və oyun konsolunu özü ilə gətirdiyi idman çantasına qoyaraq ərazidən uzaqlaşıb.

Əməliyyat tədbirlərinin davamı olaraq, E.Fərzəliyevin Bakıda yaşadığı mənzilə baxış zamanı "Glock" markalı tapança, daraq və 7 ədəd patron aşkarlanıb.

Araşdırmalarla E.Fərzəliyevin odlu silah-sursatı tanışı S.Qocamanovla öncədən birgə əldə etdiyi və satış məqsədilə saxladığı müəyyənləşdirilib. Əməliyyat zamanı S.Qocamanov da saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı cinayət işi başlanıb. Hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir.

PlayStation 5 oğurlayan şəxs saxlanıldı, evindən tapança çıxdı - Foto

Oxunub : 66
ŞƏRH YAZ
Ad

E-mail

Şərh