Banner

Analitik Ekspertiza Mərkəzinin direktoru işdən çıxarıldı

Xəbərlər 25 Noyabr 2026 18:24
Analitik Ekspertiza Mərkəzinin direktoru işdən çıxarıldı
WhatsApp kanalımıza abunə olun

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanov işdən çıxarılıb.

Avtosfer.az “Teleqraf”a istinadən xəbər verir ki, Murad Süleymanov səhiyyə naziri Anar Bayramovun əmri ilə işdən azad olunub.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkədə dərman vasitələrinin qeydiyyatı, idxalına icazələrin verilməsi, aptek şəbəkəsində dərman dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, eləcə də özəl tibb və əczaçılıq müəssisələrinin fəaliyyətinə nəzarət kimi mühüm funksiyaları həyata keçirən qurumdur.

Xatırladaq ki, Murad Süleymanov əvvəllər Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində rəis müavini vəzifəsində çalışıb.

 

 

Oxunub : 116
ŞƏRH YAZ
Ad

E-mail

Şərh