Çin maşınlarında yeni QİYMƏT SİQNALI - Almaq istəyənlər üçün vacib xəbər!

Çin hökuməti paralel avtomobil ixracı ilə bağlı qaydaların sərtləşdiriləcəyini açıqlayıb. Yeni qərara əsasən, istehsal tarixindən 6 aydan az müddət keçən avtomobillərin ölkədən çıxarılmasına icazə verilməyəcək. Bu addım xüsusilə paralel idxal mexanizmi ilə avtomobil alan ölkələrə təsir göstərəcək.
Son dövrlərdə Azərbaycanın Çindən avtomobil idxalı kəskin artıb və gətirilən nəqliyyat vasitələrinin böyük hissəsi paralel idxal hesabına baş tutur. Bu baxımdan, Pekinin ixrac məhdudiyyəti 2026-cı ildə Azərbaycan bazarında müəyyən dəyişikliklərə səbəb ola bilər.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Çin hökumətinin qərarı həm idxal həcminə, həm də qiymətlərə təsir göstərəcək:
Eldəniz Cəfərov: 'Bakının mərkəzində tramvayları bərpa etmək mümkün deyil'
“Çin hökumətinin bu qərarı idxal olunan Çin avtomobillərinin qiymətində yüksəlməyə səbəb olacaq. O cümlədən də Azərbaycanda qiymət artımı qaçılmazdır. Paralel idxal çətinləşdiyi üçün həm logistika, həm də təklif baxımından məhdudiyyətlər yaranacaq. Bu da bazarda süni çatışmazlıq effekti yaradaraq qiymətləri qaldıracaq”, – deyə ekspert vurğulayıb.
Cəfərov əlavə edib ki, 2026-cı ildə xüsusilə yeni istehsal olunan modellərin ölkəyə gətirilməsi daha da çətinləşəcək, bu isə rəsmi dilerlərin rolunu artıracaq:
“Rəsmi dilerlərin satışları nisbətən artacaq, çünki paralel idxal azaldıqca alıcılar məcburən diler bazarına yönələcəklər. Amma bu da avtomobillərin qiymətlərinin ümumi fonunu artıracaq”, – ekspert qeyd edib.
Nəticə etibarilə, Çin hökumətinin yeni ixrac sərtləşdirmələri 2026-cı ildə Azərbaycanın avtomobil bazarında qiymət artımı, təklifin azalması və paralel idxalın zəifləməsi ilə müşahidə oluna bilər. ///KONKRET.az
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












