Banner

Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO

Qəzalar 15 Noyabr 2026 10:30
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi  - FOTO
WhatsApp kanalımıza abunə olun

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər.

Həlak olan Turan Əsgərov və Əhəd Heydərzadə Füzuli rayon Mirzə Uluqbəy adına tam orta məktəbin 11-ci sinif şagirdləri olublar. Onlar bu tədris ilinin sonunda məktəbi bitirərək məzun olmağa hazırlaşırdılar. Lakin faciəli qəza onların arzularını yarımçıq qoyub.

Artıq hər iki məktəbli dəfn edilib.

Qeyd edək ki, qəza nəticəsində ümumilikdə üç nəfər ölüb, dörd nəfər xəsarət alıb.

 

Oxunub : 72
ŞƏRH YAZ
Ad

E-mail

Şərh