Banner

Nənəni qarət edən nəvə evdə bir çöp də qoymadı

Hadisə 15 Noyabr 2026 18:08
Nənəni qarət edən nəvə evdə bir çöp də qoymadı
WhatsApp kanalımıza abunə olun

Gəncədə nənəsinin evindən 100 min manatdan artıq oğurluq edən nəvənin məhkəmə prosesi başa çatıb.

Avtosfer.az xitab24.az-a istinadla xəbə verir ki, Gəncə Ağır Cinayətlər Məhkıməsində keçirilən prosesdə hakim qarşısına təqsirləndirilən şəxs qismində 1995-ci il təvəllüdlü Ayxan Əliyev çıxarılıb.

O, nənəsi Sədaqət Cəlalinin Türkiyəyə getməsində istifadə edərək evdə bir çöp belə qoymayıb. A.Əliyev şəhərin Nəriman Nərimanov prospektində yerləşən mənzilə daxil olaraq, evin bütün əşyalarını - pərdəsindən boşqablarına qədər oğurlayaraq satıb. 

Ümumən 102.110 manatlıq oğurluq edən Ayxan Əliyev ittihamların bir qismi ilə razılaşmadığını bildirib.

Məhkəmədə ifadə verən nənə isə ona dəymiş ziyanın bir hissəsinin qaytarıldığını, nəvəsi ilə barışdığını, ondan şikayətçi olmadığını deyib.

Cinayәt Mәcәllәsinin 177.3.2-cü maddәsi ilә təqsirli bilinən A.Əliyevə hökm oxunub. Hökmə əsasən, təqsirlındirilən şəxs 5 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib. 

Oxunub : 60
ŞƏRH YAZ
Ad

E-mail

Şərh