Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Pekinin 18-ci Beynəlxalq Avtomobil Sərgisi - “Auto China 2024” öz işinə başlayıb.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu il Pekin avtosalonunda dünya markalarının 117 yeni modeli və 41 avtomobil konsepti təqdim olunur. Sərgidə ümumilikdə 278 elektromobil modeli nümayiş etdirilir.
ÇXR Avtomobil Sənayesi Assosiasiyasının (CAAM) məlumatına görə, 2023-cü ildə Çin 4,91 milyon ədəd avtomobil ixrac edib. Bu istiqamətdə müşahidə olunan kəskin artım ötən il yaşıl enerji daşıyıcıları ilə çalışan nəqliyyat vasitələri ixracının 77,6 faiz çoxalaraq 1,2 milyon ədədə çatması ilə bağlıdır. Ötən illə müqayisədə tam elektrik mühərrikli avtomobillərin ixracında 80,9 faiz, hibrid mühərrikli avtomobillərin ixracında isə 47,8 faiz artım qeydə alınıb.
2023-cü ildə elektromobil istehsalı və satışı illik müqayisədə müvafiq olaraq 35,8 faiz və 37,9 faiz artaraq 9,58 milyon və 9,49 milyon ədədi ötüb. Onun bazardakı payı 31,6 faiz təşkil edib.
Ötən il Çində avtomobillərin istehsal və satış həcmi müvafiq olaraq 30,16 milyon (11,6 faiz çox) və 30,09 milyon (12 faiz çox) ədədə çatıb. 2024-cü ildə alternativ enerji mənbələri ilə çalışan nəqliyyat vasitələrinin satışlarının 11,5 milyon ədədə çatacağı, avtomobil ixracının isə 5,5 milyon ədədi ötəcəyi proqnozlaşdırılır.
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır










