Çinin Avropada qurduğu zavodlarda yerli əhali işləməyəcək

Çinli avtomobil istehsalçıları Avropanın avtomobil bazarına can atırlar. Bunun üçün Macarıstan, İspaniya və Türkiyədə sürətlə zavodlar tikilir.
Avtosfer.az xəbər verir ki, artıq BYD və MG Avropada avtomobil istehsal edir. Bu il Çin maşınlarının Avropa bazarındakı payının 5 faizə çatacağı gözlənilir. 2030-cu ilədək bu göstərici 10 faizi keçəcək.
Beləliklə, avropalı istehsalçılar böhran keçirdiyi vaxtda çinlilər qitədə istehsal qurub onların bazarını daha da daraldırlar. “AlixPartners” təşkilatının hesablamasına görə, Çin şirkətləri 2028-ci ildə Avropada 860 min avtomobil istehsal edəcək. təxminən Rusiyanın 1 ildə istehsal etdiyi qədər.
Lakin bu müəssisələrin qurulması Avropada işsizliyin azalmasına səbəb olmayacaq. Çünki, çinli istehsalçılar işçi qüvvəsini də bütövlüklə öz ölkələrindən gətirirlər. Onlar “kontener şəhərciyi” adlanan ərazilərdə yerləşdirilirlər.
Avropalı istehsalçılar isə hələ həmkarlar təşkilatları ilə çəkişirlər.
Vüqar
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












