Banner

Soyuq havada mühərrikin ömrünü uzadan 30 saniyəlik qayda – TÖVSİYƏ

Maraqlı 16 Noyabr 2026 13:00
Soyuq havada mühərrikin ömrünü uzadan 30 saniyəlik qayda – TÖVSİYƏ
WhatsApp kanalımıza abunə olun

Havanın temperaturunun sıfır dərəcədən aşağı düşməsi avtomobillərin akkumulyatoru, mühərriki və yağlama sistemi üçün ciddi sınağa çevrilir. Soyuq havalarda sürücülərin avtomobili işə salarkən yol verdiyi bəzi səhvlər mühərrikin istismar müddətinə mənfi təsir göstərə bilər.

Avtosfer.az xəbər verir ki, mütəxəssislər qış səhərlərində avtomobili işə salarkən diqqət edilməli məqamlarla bağlı sürücülərə tövsiyələr verib. Onun sözlərinə görə, mühərriki işə salmazdan əvvəl bir neçə sadə addıma əməl etmək avtomobili mümkün nasazlıqlardan qoruya bilər.

Aşağı temperaturda dizel və benzin mühərrikli avtomobillərin işə salınma qaydalarında müəyyən fərqlər var. Xüsusilə dizel avtomobillərin sürücüləri mühərriki işə salarkən tələsməməlidirlər.

Dizel mühərriklərində qızdırıcı şamlar silindrlərin daxilindəki havanı qızdıraraq yanacağın alışmasına kömək edir. Buna görə də açarı çevirən kimi dərhal mühərriki işə salmaq düzgün deyil. Müasir dizel avtomobillərində ilkin qızdırılma müddəti havanın temperaturuna uyğun avtomatik tənzimlənsə də, usta alışdırmanı açdıqdan sonra mühərriki işə salmazdan əvvəl təxminən 20-30 saniyə gözləməyi tövsiyə edir.

Mütəxəssislər soyuq havalarda ən çox akkumulyatorun təsirləndiyini və mühərriki işə salmaq üçün tələb olunan gücün azaldığını da diqqətə çatdırıb. Xüsusilə köhnə avtomobillərdə və soyuq havada çətin işə düşən mühərriklərdə əlavə diqqət göstərilməlidir.

Bəzi avtomobillərdə alışdırmanı açıb cihazlar panelindəki işıqların yanmasını gözləməyi, daha sonra mühərriki işə salmadan alışdırmanı söndürüb bu prosesi bir neçə dəfə təkrarlamağı tövsiyə edib. Bu üsul dizel mühərriklərində ilkin qızdırılma sisteminin işinə kömək edə bilər. Bununla belə, müasir avtomobillərdə sürücülər istehsalçının təlimatlarına uyğun hərəkət etməlidirlər.

Mühərrik işə düşdükdən dərhal sonra hərəkətə başlamaqdır. Onun fikrincə, soyuq mühərriki qəfil yükləmək düzgün deyil. Mühərrik işə düşdükdən sonra dövrlərin sabitləşməsi və yağın bütün detallara yayılması üçün qısa müddət gözləmək lazımdır.

1-2 dəqiqə boş rejimdə işləməsinə imkan verməyi tövsiyə edib. Bundan sonra isə mühərriki yüksək dövrlərdə işlətmədən, sakit şəkildə hərəkətə başlamaq məsləhət görülür.

Qeyd edək ki, soyuq havalarda avtomobilin düzgün istismarı mühərrikin və digər texniki hissələrin qorunması baxımından vacibdir. Sürücülər avtomobillərinin istifadə təlimatında göstərilən qış istismarı qaydalarına da diqqət yetirməlidirlər.

Eltac Zülfüqaroğlu

Oxunub : 108
ŞƏRH YAZ
Ad

E-mail

Şərh