Prokuror general qızı haqda qərardan protest verd i

Prokuror general Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı Türkər Əliyeva barəsində çıxarılan ev dustaqlığı qərarından protest verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, protest artıq məhkəməyə təqdim edilib.
Prokuror ağır cinayətdə ittiham olunan mediator xanımın azadlıqda qalmasına razı deyil. İstintaqdan yayınma, tərəflərə təsir ehtimalları da əsas götürülərək general qızının həbs edilməsi tələb olunur.
Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, bu iş üzrə şikayətçi də ehtiyatda olan general-mayor - Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Ceyhun Rzayevdir. İttihama görə, T.Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə C.Rzayevdən külli miqdarda pul alıb.
Ötən həftəsonu Sumqayıt Şəhər Məhkəməsi Türkər Əliyevanın həbs olunması ilə bağlı təqdimatı təmin etməyib. Hakim onun təkbaşına böyütdüyü üçü azyaşlı, biri yetkinlik yaşına çatmayan övladının olmasını, dəymiş ziyanın bir qismini ödəməsini əsas götürüb.
Küləyin fəsadlarının ölüm və xəsarətlə nəticələnməməsi üçün nə etmək lazımdır? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA












