Banner

Texniki pasportda mühərrik nömrəsi yoxdursa, ada keçirmək olarmı? – İZAH – VİDEO

Qaydalar 16 Noyabr 2026 12:00
Texniki pasportda mühərrik nömrəsi yoxdursa, ada keçirmək olarmı? – İZAH – VİDEO
WhatsApp kanalımıza abunə olun

Avtomobil alqı-satqısı zamanı sürücüləri maraqlandıran məsələlərdən biri də texniki pasportda mühərrik nömrəsinin qeyd olunmamasıdır. Bəs sənəddə mühərrik nömrəsi üçün ayrılmış hissənin boş olması avtomobilin yeni sahibin adına rəsmiləşdirilməsi zamanı problem yarada bilərmi?

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov açıqlamasında bildirib ki, bu məsələdə əsas məqam mühərrikin dəyişdirilib-dəyişdirilməməsidir.

Onun sözlərinə görə, avtomobilin mühərriki dəyişdirilibsə və yeni mühərrikə dair müvafiq sənədlər yoxdursa, bu, avtomobilin qeydiyyat əməliyyatları zamanı problem yarada bilər. Belə hallarda yeni mühərrikin qanuni əldə edilməsini və mənşəyini təsdiq edən sənədlərin olması vacibdir.

Mühərrik dəyişdirilməyibsə, sadəcə texniki pasportda mühərrik nömrəsi üçün nəzərdə tutulan hissə boş saxlanılıbsa, bu hal özlüyündə avtomobilin başqa şəxsin adına keçirilməsinə maneə hesab olunmur.

Rüfət Əmiraslanovun sözlərinə görə, əsas məsələ avtomobilin və mühərrikin faktiki vəziyyətinin sənədlərlə ziddiyyət təşkil etməməsi, eləcə də qeydiyyat məlumatlarında qanuni uyğunsuzluğun olmamasıdır.

Beləliklə, avtomobil alarkən texniki pasportda mühərrik nömrəsinin qeyd edilməməsini dərhal problem kimi qiymətləndirmək düzgün deyil. İlk növbədə mühərrikin dəyişdirilib-dəyişdirilmədiyi və bununla bağlı sənədlərin mövcudluğu araşdırılmalıdır.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://bax.tv/avto-moto-xeberler/texniki-pasportda-muherrik-nomresi-yoxdursa-ada-kecirmek-olarmi-228883

 

 

Oxunub : 136
ŞƏRH YAZ
Ad

E-mail

Şərh