Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO

Paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsində, Xocasən gölünün yaxınlığında yolun asfalt örtüyü aşınıb və çuxurlar yaranıb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” səhifəsinə məlumat verib.
Kadrlardan görünür ki, yolun müəyyən hissəsi normal vəziyyətdə olsa da, bir qədər irəlidə ard-arda çuxurlar yaranıb. Nəticədə həmin ərazidən saatda 80 km/saat sürətlə hərəkət edən sürücülər qəfil çətinliklə üzləşirlər. Çuxurları son anda görənlər qəfil əyləcləməyə məcbur qalır ki, bu da arxadan gələn avtomobillərlə toqquşma riskini artırır.
Bəzi sürücülər arxadan gələnləri xəbərdar etmək üçün qəza işıqlarını yandırır, digərləri isə çuxurlara düşərək avtomobillərinə maddi ziyan vururlar. Şikayətçinin sözlərinə görə, çuxurlardan yayınmağa çalışan sürücülərin qoşa bütöv xətti tapdalayaraq əks hərəkət zolağına çıxdığı hallar da var.
Qeyd edək ki, problemlə bağlı aidiyyəti qurumlara müraciət edilsə də, yolda təmir işləri aparılmayıb. Beləliklə, sürücülər üçün qəza riski yaradan problem hələ də həllini gözləyir.
Nərmin
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO
Bakıda avtobus qəza törətdi: Ölən var
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycanda mina partlayışı: Ölən və yaralanan var - RƏSMİ
Qadın müştəri kimi mağazaya girdi, qızılı ovucunda gizlədib apardı - VİDEO
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə












