Banner

Yol kənarındakı lövhələrdəki rəqəmlər nə üçündür? – MARAQLI

Maraqlı 16 Noyabr 2026 12:30
Yol kənarındakı lövhələrdəki rəqəmlər nə üçündür? – MARAQLI
WhatsApp kanalımıza abunə olun

Avtomobil yollarında hərəkət edərkən yol kənarında kiçik rəqəmlər yazılmış lövhələrə tez-tez rast gəlmək mümkündür. İlk baxışdan əhəmiyyətsiz görünən bu göstəricilər əslində sürücülər üçün mühüm informasiya daşıyır.

Avtosfer.az xəbər verir ki, bu lövhələr kilometr göstəriciləridir. “Yol hərəkəti haqqında” Qanunvericiliyə əsasən, həmin göstəricilər sürücülərə yolun hansı kilometrində olduqlarını müəyyənləşdirməyə kömək edir.

Təsəvvür edək ki, magistral yolda hərəkət zamanı avtomobil xarab olub və ya yol-nəqliyyat hadisəsi baş verib. Sürücü olduğu ərazinin dəqiq ünvanını bilmədikdə, yol kənarındakı kilometr göstəricisindən istifadə edə bilər. Məsələn, aidiyyəti qurumlara Bakı–Quba avtomobil yolunun 50-ci kilometrində olduğunu bildirməklə yerini daha asan təsvir edə bilər.

Bu məlumat təcili tibbi yardım, yol polisi və digər aidiyyəti xidmətlərin hadisə yerini müəyyənləşdirməsini asanlaşdıra bilər. Xüsusilə yaşayış məntəqələrindən uzaq magistral yollarda bu cür göstəricilərin əhəmiyyəti daha da artır.

Odur ki, sürücülərin yol kənarındakı kilometr nişanlarına diqqət yetirməsi vacibdir. Çünki bəzən adi görünən bu kiçik rəqəmlər fövqəladə vəziyyətdə vaxt itkisinin qarşısını almağa və köməyin daha tez çatmasına yardım edə bilər.

Eltac Zülfüqaroğlu

Oxunub : 202
ŞƏRH YAZ
Ad

E-mail

Şərh