"Lamborghini"dən gözlənilməz qərar: Elektrikli avtomobillərə "yox" dedi

İtaliyanın lüks avtomobil istehsalçısı "Lamborghini"nin marketinq və satış direktoru Federiko Foskini şirkətin elektromobil istehsalı ilə bağlı planlarından danışıb.
Avtosfer.az "RİA Novosti"yə istinadən xəbər verir ki, avtomobil nəhəngi 2030-cu ilədək tam elektrikli avtomobillər istehsal etmək planından imtina edib.
Bildirilib ki, bu qərar şirkətin elektromobil bazarında rəqiblərindən fərqlənməsinə imkan verəcək texnologiyaların hələlik mövcud olmaması ilə əlaqədardır.
"Biz belə qənaətə gəldik ki, burada əsas məsələ avtomobilin yaratdığı emosional təəssüratdır. Hələlik bizi rəqiblərimizdən fərqləndirəcək texnologiyalara malik deyilik", - deyə Foskini bildirib.
O əlavə edib ki, şirkətin növbəti dörd il ərzində təqdim edəcəyi yeni nəsil avtomobillər tam elektrikli deyil, elektrik şəbəkəsindən enerji ilə doldurula bilən hibridlər (PHEV) olacaq.
Çin avtomobilləri ilə bağlı daha bir QADAĞA
İlk avtomobili atla ötmək mümkün idi - FOTO
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları












