Dünyanın ən məşhur hiperkarlarından birinin kiçik versiyası hazırlandı - FOTO

Böyük Britaniyanın "Amalgam Collection" şirkəti "Bugatti Tourbillon" hiperkarının miniatür modelini hazırlayıb.
Avtosfer.az xəbər verir ki, modelin uzunluğu 58 santimetrdən çoxdur. Bir nüsxənin yığılmasına 300 saatdan artıq vaxt sərf olunur. Modelin hazırlanması və təkmilləşdirilməsi prosesi isə ümumilikdə 3 000 saatdan çox davam edib.
Bildirilir ki, miniatürün yığılması zamanı minlərlə detaldan istifadə olunur. Bunların arasında tökmə elementlər və fotoaşındırma üsulu ilə hazırlanmış hissələr də var.
Modelin orijinal avtomobilə uyğunluğuna və detalların dəqiqliyinə "Bugatti"nin dizaynerləri və mühəndisləri nəzarət ediblər.
Qeyd edək ki, orijinal "Bugatti Tourbillon" 1 800 at gücünə malik güc qurğusu ilə təchiz olunub.
Təxminən iki ton çəkisi olan hiperkar saatda 445 kilometr sürət yığmaq imkanına malikdir. Avtomobilin istehsalı 250 nüsxə ilə məhdudlaşdırılıb.

"Tesla"nın əməkdaşları müştəriləri izləyiblərmi?
“Toyota” yarım əsrlik modelin dizaynını dəyişmədi
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR












