Deputatlar səs verdi: iri mühərrikli avtomobillərin aksiz vergisi artırıldı

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Avtosfer.az-ın xəbərinə görə, dəyişikliklə iri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilir.
Dəyişikliklərə əsasən, mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat + mühərrikin həcminin 3 001-4 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat (əvvəl 13 manat idi) ödəniləcək. Burada 4 000 kubsantimetrədək olduqda 5 600 manat məbləği dəyişməz olaraq qalır.
Mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4 001-5 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat (hazırda 18 600 manat + hər kubsantimetrə görə 35 manatdır) ödəniləcək.
Mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat ( hazırda bu məbləğ 53 600 manat + hər kubsantimetrə görə 70 manatdır) ödəniləcək.
Bununla yanaşı, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq. Layihəyə əsasən, yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən azad olunacaq. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Səsboğucu hansı hallarda qanunidir? - Maşın həvəskarlarının DİQQƏTİNƏ - 150 MANAT CƏRİMƏ
Yarım əsrlik “Niva” 60 min manata satışa çıxarıldı - FOTOLAR
Açıq səma altında avtomobil muzeyi tarixə qovuşdu - FOTO
Elektromobil və hibrid satışında növbəti rekord
Beton yolun insan səhhəti üçün zərərli olduğu bildirilir - FOTO
Avtomobil bazarında SON VƏZİYYƏT - VİDEO
Tamamilə Yeni RAV4 – Hər macərada daha möhkəm və daha rahat - FOTO
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO










