Diqqət! Bakıda bu məkanlarda nasaz maşınlar satılır

Rəsmi dilerə məxsus avtomobil salonlarından başqa digər avtosalonlarda əksər hallarda müştəriyə nasaz avtomobillər təqdim edilir. Milli.az ikinci əl maşın satan avtosalonlardan uzaq durmaq üçün səbəbləri sadalayır:
Əvvəla, nasaz avtomobil saz adı ilə olduğundan baha qiymətə satılır, ikincisi, kimsənin əlimyandı vəziyyətdə satdığı maşını ucuz qiymətə alınıb, üzərinə 2,3 min manat əlavə edərək satışa çıxarılır.
Hətta, bəzi işbazlar avtomobilin orijinal detallarını keyfiyyətsizləri ilə əvəzlədikdən sonra onu satışa buraxırlar.
Maşının beynindəki xətaları xüsusi proqramlar vasitəsi ilə silən bu alverçilər maşını problemsiz adı ilə təqdim edirlər.
Avtomobilin orijinal yürüşünün az göstərilməsi də alverçilərə xas olan xüsusiyyətdir.
Bu kimi halları nəzərə alaraq ikinci əl maşın satan salonlardan və alverçilərdən maksimum uzaq durmağınızı tövsiyyə edirik. Əks halda, gününüzün çox hissəsi ustalarla birlikdə keçəcək.
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO












