Elektrik mühərrikli avtomobillərə maraq NİYƏ AZDIR? - VİDEO

Ölkəmizə idxal olunan elektrik mühərrikli avtomobillərin əksəriyyəti paytaxtda istifadə olunur. Bölgələrdə isə belə avtomobillərin sayı barmaqla sayılacaq qədər azdır.
Avtosfer.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bazarda müxtəlif ölkələrdən idxal olunan elektrik mühərrikli avtomobillər mövcuddur.
Bəs bölgələrdə belə elektromobillərə maraq niyə azdır?
Rayon sakinləri bunun səbəbini belə izah edirlər.
Nəqliyyat üzrə ekspert Yasin Mustafayev də elektrik mühərrikli avtomobillərlə bağlı ən böyük problemin enerji doldurma məntəqələri və ehtiyat hissələri tapılmaması olduğunu deyir.
Ekspert deyir ki, Bakıda yükləmə məntəqələri ilə bağlı əlçatanlıq olsa da, bölgələrdə ya azdır, ya da ümumiyyətlə yoxdur.
O, hesab edir ki, elektromobil almaq istəyənlər bölgələrdə də öz resursları hesabına avtomobillərini enerji ilə doldura bilərlər.
Yasin Mustafayevin sözlərinə görə, mövcud çatışmazlıqlar aradan qaldırıldıqdan sonra bölgələrdə də elektrik mühərrikli avtomobillərdən istifadə edənlərin sayı arta bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












