Əməkdar artist dələduzların qurbanı oldu: Ona nasaz avtomobili satdılar - FOTO

Əməkdar artist Səbinə Babayeva dələduzluqla üzləşib.
Müğənni bu haqda özü məlumat yayıb.
O, məsələ ilə bağlı polisdən yardım istəyib: "Problemim 4 aydır həll olunmur. Dələduzların qurbanı olmuşam. Qanun yaranmış problemin həllinə yalnız 6 ay göstərir. Bu ilin avgustun ortalarında Gəncə şəhərində avtomaşınlar satılan salondan nəğd pulla maşın almışam. Gəncədən qayıdandan səhəri günü müəyyən olundu ki, maşında naməlum nasazlıq var. Axırıncı 4 ay müddətində şəhərimizin ən yaxşı ustaları bu nasazlığı tapa bilmədilər. Maşını mənə satan şəxsə irad bildirərkən, pulumu qeri qaytarılmasını tələb etdikdə maşının nasaz olduğunu boynuna aldı. Kobudluq və hədə-qorxu gəldi ki, mənə verdiyi etibarnaməni ləğv edəcək.
Sizdən xahiş edirəm, bu çıxılmaz vəziyyətdə mənə kömək edəsiniz. Haqq-ədalətin bərqərar olmasında, nasaz avtomobil satan və mənə hədə-qorxu gələn insanların Azərbaycan qanunlarının nəzərdə tutduğu cəzaya cəlb olunmasında, pulumun geri qaytarılmasında mənə dəstək olmağınızı xahiş edirəm". (axsam.az)
.jpg)
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI












