Banner

Kasıblar da pullu yollardan keçə biləcək? - SƏDR AÇIQLAMA VERDİ

Avtoxəbər 27 Dekabr 2022 15:38 Oxunub 1200
Kasıblar da pullu yollardan keçə biləcək? - SƏDR AÇIQLAMA VERDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“AYDA tərəfindən Azərbaycanda ilk ödənişli yolun açılışı təmin ediləcək. Ondan sonra Bakı-Quba istiqamətində beton yolun lokal sıradan çıxmış hissələri təmir olunub vətəndaşların istifadəsinə veriləcək”. Bunu Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıqlama verib. Qiymətlərə gəldikdə isə Saleh Məmmədov bildirib ki, tariflər yük maşınları, sərnişin avtobusları, minik avtomobilləri, qoşqular və digər nəqliyyat vasitələri üçün ayrı hesablanacaq. Onun sözlərinə görə, tariflər artıq təqdim olunub. Tezliklə müvafiq sərəncamların veriləcəyi gözlənilir. Agentlik rəsmisi qeyd edib ki, sözügedən yolda giriş-çıxış məntəqələrinin tikintisi başa çatıb, ödəniş terminalları və turniketlər quraşdırılıb. 

Yol üzərində bir neçə yerdə yük avtomobilləri üçün tərəzi məntəqələri quraşdırılıb. Qeyd edək ki, bu gün bir sıra ölkələrdə, o cümlədən Türkiyə, Rusiyada da ödənişli yollar var. Məsələn, Türkiyədə 11 milyard dollara başa gələn İstanbul-İzmir avtomobil yolu ilə gediş haqqı motosikletlər üçün 321 lirə, minik avtomobilləri üçün 459 lirə, nisbətən iri-oxları arasındakı məsadə 3,2 metrdən böyük amma 2 oxu olan avtomobillər üçün 733 lirə, 3 oxlu avtomobillər üçün 871 lirə, 4-5 oxlu avtomobillər 1155 lirə, 6 və daha çox oxlu avtomobillər üçün isə 1456 lirə təşkil edir. 

Son vaxtlar Rusiyada, məsələn, Moskva-Kazan trasının 58 kilometrlik ödənişli hissəsi istifadəyə verilib. Yolda minik avtomobilləri üçün gediş haqqı 229 rubl, yəni 1 kilometr üçün 4 rubl təşkil edir. 

Ölkəmizdə ödənişli yollarla bağlı gediş haqlarının beynəlxalq ödəniş sisteminə uygun olacağı deyilsə də, müxtəlif ölkələrdəki mövcud əməkhaqqlarını nəzərə alsaq, Azərbaycan əhalisinin gəlirləri buna uygundurmu? 

Azərbaycanda ödənişli yollarda gediş haqlarının nə qədər olacağ ilə bağlı Agentlikdən Cebhe.info-ya bu barədə məlumatın hələlik olmadığını bildirdilər. 

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirdi ki, Azərbaycanda ödənişli yollarla Türkiyə, yaxud Rusiyadakı ödənişli yolların arasında kəsin fərq var:

“Avropada və Amerikada da ödənişli yollar var. Ancaq bunu özəl sektor hazırlayır, yolların çəkilişində iştirak edir və qoyduğu uinvestisiyaların geri götürülməsi üçün ödənişli yollar konsepsiyasından istifadə edir. Dövlət burada sadəcə özəl sektorun portnyorluğunda bu işi görür. Bizdə yolların çəkilişi ancaq dövlət büdcəsi hesabına həyata keçirilir. Biz vətəndaş olaraq yolların pulunu ödəmişik. Vergi ödəmişik və o pula yol çəkiblər. Bizdən ikinci dəfə niyə yolla bağlı vergi istəyirlər? Mən ödənişli yolların əleyhinə deyiləm. Ancaq bu, məntiqlə olmalıdır. Dövlət büdcəsindən ayrılmayan, özəl sektorun qoyduğu investisiyalar hesabına yollar çəkiləcəksə, onlar ödənişli ola bilər. Ancaq indiki yanaşma, konsepsiya doğru deyil”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh