"Lada"nın bu modelinin istehsalı dayandırıldı - SƏBƏB
Avtoxəbər
8 Dekabr 2023 22:00

Rusiyanın avtomobil istehsalçısı "AvtoVAZ" "Lada Granta Cross" modelinin istehsalını komponentlərin çatışmazlığı səbəbindən dayandırıb. Bu barədə "Avtograd News" ictimai səhifəsi məlumat yayıb.
"AvtoVAZ", komponent çatışmazlığı səbəbindən dekabrın 8-dən qeyri-müəyyən müddətə "Granta Cross" avtomobillərinin istehsalını müvəqqəti dayandırıb. Məlumata əsasən, lazımi komponentlər gəldikdən sonra montaj davam etdiriləcək, ancaq vaxt çərçivəsi hələlik məlum deyil.
Cross avtomobili standart "Lada Granta"dan davamlı plastikdən hazırlanmış kuzov dəstinin olması ilə fərqlənir.
Avtomobil 90 və 106 at gücünə malik 1,6 litrlik benzin mühərriki ilə təchiz edilib. Sürət qutusu beş pilləli mexaniki sürət qutusudur. (lent.az)
Oxunub : 1406
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 22:13
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
14 Oktyabr 2026 17:48
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
14 Oktyabr 2026 14:41
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
13 Oktyabr 2026 19:27
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
13 Oktyabr 2026 14:23
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
12 Oktyabr 2026 18:54
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
12 Oktyabr 2026 17:41
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
12 Oktyabr 2026 17:16
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
12 Oktyabr 2026 15:36
Azərbaycanda avtomobillər bahalaşdı
11 Oktyabr 2026 19:47
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
10 Oktyabr 2026 13:45
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
9 Oktyabr 2026 21:12
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
ŞƏRH YAZ












