“Mercedes-Benz”dən 4 min əməkdaş təzminat müqabilində işdən ayrılıb

“Mercedes-Benz” şirkətində həyata keçirilən təzminat proqramı gözləniləndən daha çox maraq doğurub. Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, indiyədək 4 min əməkdaş proqram çərçivəsində şirkətdən könüllü şəkildə ayrılıb. Ümumilikdə isə 40 min əməkdaşa təzminat müqabilində işdən ayrılmaq barədə təklif göndərilib. Qeyd olunub ki, proqramın nəticələri gözləntilərdən yüksək olub. “Mercedes-Benz” konserni 2027-ci ilədək 5 milyard avro həcmində qənaətə nail olmağı planlaşdırır. Bunun təxminən bir milyard avrosu kadr xərclərinin azaldılması hesabına reallaşdırılacaq. Təzminat proqramı istehsalat sahəsində çalışan işçilərə deyil, idarəetmə, mühəndislik və informasiya texnologiyaları bölmələrinin əməkdaşlarına şamil olunur. Almaniyada bu kateqoriyaya aid əməkdaşlar 2034-cü ilədək ixtisardan qorunduqları üçün şirkət müqaviləni könüllü şəkildə ləğv etməsi üçün onlara daha cəlbedici şərtlər təklif etməli olur. Proqram 2024-cü ilin aprelində başlayıb və 2026-cı ilin mart ayına qədər davam edəcək. Məlumata görə, “Mercedes-Benz” ümumilikdə bir neçə min iş yerinin ixtisarını nəzərdə tutur. Bununla belə, şirkət konkret ixtisar sayına deyil, müəyyən olunmuş 1 milyard avroluq qənaət hədəfinə çatmağa çalışır. Paralel olaraq, əməkdaşların gələcək texnoloji istiqamətlər üzrə yenidən ixtisaslaşdırılması istiqamətində işlər davam etdirilir.
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?












