Qazla işləyən maşınlara nəzarət aktuallaşdı - Partlaya bilərmi?
Avtoxəbər
6 Aprel 2022 21:45

Bakı şəhəri Səbail rayonu, Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayışın səbəblərinin və təqsirkarların aydınlaşdırılması davam edir. Partlayış nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə yanaşı, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib. Bu faktlar əsasında cinayət işi başlanıb. İşin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılır.
Toplanan ilkin sübutlarla partlayışa obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilməsi səbəb olub. Gecə klubunda partlayışla bağlı cinayət işi üzrə artıq 3 nəfər həbs edilib.
Bu hadisə qaz balonlarının istifadə olunduğu digər obyektlərin vəziyyətini aktuallaşdırıb. Eləcə də qazla işləyən avtomobillərin təhlükəsiz hərəkəti məsələsi gündəmə gəlib. Hələlik bu sahədə ciddi qəza hadisəsinin baş verməməsinə baxmayaq, mütəxəssislər arxayınlığın yolverilməz olduğunu vurğulayırlar.
Qeyri-rəsmi statistikaya əsasən, Azərbaycanda alternativ yanacaq kimi sıxılmış qazdan istifadə edən maşınlar ümumi avtomobillrərin cəmi 5%-ni təşkil edir. Son dövrlərdə yanacağın bahalaşması onların sayını da artırıb.
Mövzu ilə bağlı fikirlərini index.az-la bölüşən ekspert Elməddin Muradlı maşınlarda sıxılmış qazın işləmə mexanizminin diqqətdə saxlanılmasını vacib sayıb: “Azərbaycanda son vaxtlar yanacağın qiyməti xeyli bahalaşdığına görə sürücülərin əksəriyyəti maşınlarına sıxılmış qazla işləyən cihazlar quraşdırırlar. Düzdü, bunun quraşdırılma prosesi, hansı ölkələrin şirkətlərinin istehsalı olması məsələsi sual doğura bilər. Məsələn, Çin firmaları həmin qaz balonlarını daha ucuz qiymətə quraşdırırlar. Sonradan sürücülər onun əziyyətini çəkirlər. Əksəriyyəti sonra ondan imtina edir, çünki mühərriki dağıdır, sıxılmış qazın işləmə mexanizmini düşgün tənzimləmir və s. Bu üzdən müxtəlif problemlər üzə çıxır”.
Son illərdə maşınlarda qaz balonlarının partlaması hallarının müşahidə edilmədiyini deyən E.Muradlı bunu texniki avadanlıqların müasirləşməsi ilə əlaqələndirib: “Bu gün artıq sıxılmış qaz balonları maşına quraşdırılır və xüsusi vasitələrlə izolyasiya olunur. O balonar da bir neçə qatdan ibarət olur ki, onun partlaması çətin məsələdir. Amma heç kim hadisədən sığortalanmayıb. Ola bilər sürücü hardasa səhvə yol verir, yaxud ucuz başa gəlsin deyə həmin cihazın quraşdırılmasını təsadüfi adama həvalə edir. Nəticədə xoşagəlməz hal baş verə bilər”.
Bunlardan yayınmaq üçün E.Muradlı maşına qaz balonu quraşdırarkən zəmanətli servis məntəqələrinin xidmətindən istifadə olunmasını tövsiyə edib.
Oxunub : 2652
DİGƏR XƏBƏRLƏR
3 Sentyabr 2026 17:24
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
3 Sentyabr 2026 17:00
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
3 Sentyabr 2026 14:11
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
2 Sentyabr 2026 17:09
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
2 Sentyabr 2026 14:18
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
2 Sentyabr 2026 09:48
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
31 Avqust 2026 17:54
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
31 Avqust 2026 10:48
50-ci illərdə fara reklamı - FOTO
30 Avqust 2026 18:01
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
29 Avqust 2026 08:33
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
28 Avqust 2026 23:15
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
27 Avqust 2026 17:16
Təkər partladı, disk bu formanı aldı
ŞƏRH YAZ










