"Samsung" da maşın istehsalına başladı - Yeni texnologiya - FOTO

"Samsung" yeni nəsil avtomobil kamerası üzərində işlərini tamamlayıb.
Avtosfer.az xəbər verir ki, şirkət yeni avadanlıqları kütləvi istehsala buraxmağa hazırlanır.
Texnologiya nəhənginin yeni kamerası sürücülük təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırmaq və yüksək səviyyəli avtonom funksionallıq üçün yol açmaq məqsədi daşıyır.
“Samsung Electro-Mechanics” tərəfindən istehsal olunacaq yeni kamera sərt hava şəraitinə tab gətirmək üçün hazırlanıb. Şirkətin açıqlamasına görə, o, mövcud sənaye standartlarından 6 dəfə güclü olacaq örtüyə malikdir.
Xüsusi suya davamlılıq və qorunma prosedurları kameradakı sensorun yağış, qar və ya yüksək temperaturda belə işlək qalmasını təmin edir. Ən əsası, kameranın 60 saniyə ərzində şaxta və ya qar yığılmasını təmizləmək üçün özünü isitmə mexanizmi var.
"Samsung" xüsusilə sərt qış şəraitində görmə qabiliyyəti azaldıqca kameranın ön plana çıxacağını düşünür. Qarlı havada linzaları açıq saxlamaqla sürücülərin yolu daha rahat görməsinə şərait yaradacaq.
Qeyd edək ki, "Samsung"un təsvir sensoru texnologiyasının həm yüksək ayırdetmə qabiliyyəti, həm də zəif işıqda güclü performans təqdim edəcəyi gözlənilir. Şirkət 2025-ci ilə qədər avtomobil kameralarının 24 faiz bazar payına çata biləcəyini düşünür.
Məhəbbət Tərlanoğlu
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!















