Sürət həddinin aşılmasına qarşı sərt qaydalar İŞƏ DÜŞÜR - QƏRAR VERİLDİ

Yanvarın 1-dən etibarən Avropa İttifaqında nəqliyyatla bağlı bir sıra yeni qaydalar tətbiq ediləcək. Təbii ki, bunların əksəriyyəti sırf ölkələrin daxili işi olub, Azərbaycan oxucusu üçün maraqlı deyil. Bu səbəbdən mən cəmi ikisinin üzərində dayanacam.
Birinci, İttifaqda gələn il də bütün növ elektromobillərə və hibrid avtomobillərə vergi və sığorta güzəşti tətbiq ediləcək. Son məqsəd bu nəqliyyat vasitələrinə marağı artırmaqdır.
İkinci qanun isə ümumiyyətlə çoxlarının ürəyincə deyil. İyuldan etibarən Aİ ərazisində satılacaq bütün nəqliyyat vasitələri sürətə nəzarət mexanizmi ilə təchiz ediləcək. Bu mexanizm həm GPS sistemi ilə əlaqəli işləyəcək, həm də yol nişanlarını oxuyacaq. Sürücü təyin edilmiş sürət limitini kiçik həddə aşarsa, o zaman sistem sürücünü xəbərdar edəcək. Qayda pozuntusu daha böyük olarsa, sistem özü müdaxilə edərək avtomobilin sürətini azaldacaq.
Vüqar
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?












