Sürücülük vəsiqəni təhvil ver, 1 il pulsuz gəz - Qeyri-adi layihə - FOTO

Almaniyanın Baden Vürtemberq torpağının (sahəsi 35 751 kvadrat kilometr) rəhbərliyi maraqlı təkliflə çıxış edib. Avtosfer.az xəbər verir ki, torpağın rəhbərliyi yaşlı sürücülərin yollardan yığışması üçün layihəyə start verir. Statistikaya görə, Almaniyada ölümlə nəticələnən qəzalardan üçdə ikisini yaşı 60-dan çox olan sürücülər törədir. Niyyət də məhz onları qorumaqdır.

Qayda sadədir: yaşı 65-i keçən və ya 60-ı keçən və pensiya alan Baden Vbürtemberq sakini sürücülük vəsiqəsini bələdiyyəyə təqdim edir. Bunun əvəzində ona ictimai nəqliyyatdan 1 il pulsuz istifadə üçün kart təqdim olunur. Vəsiqəni təqdim edən şəxs həm də maşın sürməyəcəyinə dair şərəf və ləyaqətinə and içməlidir.
Baden Vürtemberqin rəhbərliyi hesab edir ki, ictimai nəqliyyat yaşlılar üçün daha təhlükəsizdir.
Qeyd edək ki, bu tip təcrübələr Avropada yeni deyil. Ayrı-ayrı ölkələrdə bu cür kampaniyalar keçirilir və hamısı yüksək nəticə verir.
Görəsən bizdə bu yolla şəhərdəki sıxlığı azaltmaq mümkün olarmı?

Vüqar Yaşaroğlu
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?














