Taksi ilə bağlı yeni qaydalar avtomobil idxalını artıracaq? DEPUTAT AÇIQLADI

Taksi fəaliyyəti ilə bağlı yeni qaydaların tətbiq edilməsi Azərbaycana avtomobil idxalını artıracaq.
Avtosfer.az "Trend"ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, bütövlükdə Azərbaycana avtomobil idxalının artması müşahidə olunur.


“2023-cü ildə Azərbaycana 95 mindən çox avtomobil idxal edilib, 2022-ci ildə isə bu rəqəm 74 mindən artıq idi. Hətta avtomobillərin ili ilə bağlı qadağaların tətbiq edilməsinə baxmayaraq, avtomobil idxalı artıb. Bu qərardan sonra Azərbaycana idxal edilən avtomobillərinin sayının artacağı və ili çox köhnə olan avtomobillərin ucuzlaşacağı proqnozlaşdırılır. Bu, eyni zamanda, ili yeni olan və qiyməti 20 min manata qədər avtomobillərə tələb yaradacaq. Bu tələb idxalı stimullaşdıracaq və ona görə də taksilərlə bağlı yeni qaydaların avtomobil idxalına təsir edəcəyi gözlənilir”, - deyə deputat bildirib.
O qeyd edib ki, hazırda avtomobil bazarında bir durğunluq var və bu durğunluq idxala təsir göstərir.
“Amma taksi fəaliyyəti üçün nisbətən yeni avtomobillərin tələb edilməsinin idxala təsir edəcəyi istisna deyil. Ümumiyyətlə avtomobil bazarında durğunluğun davam edəcəyi gözlənilir. Gözlənti ondan ibarətdir ki, daha çox qiyməti nisbətən aşağı olan avtomnobillərə 2024-cü ildə maraq yüksək olacaq, amma qiyməti yüksək olan avtomobillərlə bağlı bazarda növbəti ayda da durğunluğun davam edəcəyi gözlənilir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO












