Toyotanın yeni 12 000 dollarlıq pikapı – Bizdə olacaqmı? - VİDEO

Toyota şirkəti Hilux Champ pikapını təqdim edib.
Avtosfer.az xəbər verir ki, avtomobil çoxmodullu olduğu üçün yük maşını, kran, evakuator, səyyar satış məntəqəsi və sair kimi istifadə edilə bilər.
12 000 dollara təqdim edilən avtomobil 2 və 2,7 litrlik benzin, həmçinin 2,4 litrlik Dizel mühərriki ilə təchiz edilir.
Avtomobil barədə məlumatlar yayıldıqdan sonra əksər ölkələrdə marağa səbəb olub. Lakin texnika məhdud bazar - Asiya və Okeaniya üçün nəzərdə tutulub. Avropa ekoloji normalarına cavab vermədiyi üçün maşının bu versiyası bizim bazara çıxarılmayacaq.
PS. Aşağı ekoloji sinifli avtomobillər yanacağa tələbkar olmadığı üçün inkişaf etməmiş regionlarda özünü daha yaxşı doğruldur. Buna görə də bəzən böyük istehsalçılar konkret region üçün aşağı ekoloji sinifli maşınlar istehsal edirlər.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












