“Volvo”-dan hədiyyə dolu kampaniya! - FOTO

“Volvo Cars Azərbaycan” müştərilərini sevindirməkdə davam edir. Hər il olduğu kimi, bu il də yazın gəlişi ilə əlaqədar İsveç nəhəngi böyük bir kampaniyaya start vermişdir. Şirkətin Azərbaycan üzrə marketinq rəhbəri Qabil Quliyevin verdiyi məlumata əsasən, Volvo-nun həyata keçirdiyi yaz kampaniyası artıq qlobal xarakter almağa başlamışdır. Başqa sözlə, qeyd olunan kampaniya nəinki Azərbaycanda, hətta digər ölkələrdə də böyük səbrsizliklə gözlənilir.
“Kampaniya müddətinin Müqəddəs Ramazan ayı ilə üst-üstə düşməsi bizi bir qədər də sevindirdi. Məhz buna görə, hədiyyələrin sayını nəzərdə tutulduğundan da artıq etdik ki, müştərilərimizdən kimsə narazı qalmasın. Üstəlik hər bir müştəriyə fərdi yanaşma etməklə, özəl endirimlərimizi də bu siyahıya əlavə etdik. Beləliklə, aprel ayı ərzində hər yeni Volvo avtomobili əldə edənə:
* 1 illik KASKO sığorta hədiyyə
* 1 000 l premium benzin hədiyyə
* Rəsmiləşmə və dövlət qeydiyyat nişanı hədiyyə
* Müştərinin öz seçimi əsasında, 1 000 AZN dəyərində promo hədiyyələr
* 1 il müddətində yağdəyişmə, əyləc üzlüklərinin dəyişdirilməsi hədiyyə
* Hər bir müştəriyə özəl endirim
* Avtomobil bazarında ən sərfəli trade-in şərtləri
* Yenilənmiş kredit sistemi və sərfəli lizinq şərtləri
Həmçinin, fürsətdən istifadə edib bütün Azərbaycan xalqını Müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edir, tutulan orucların, edilən duaların qəbul edilməsini diləyirik.” – deyə şirkət rəsmisi bildirmişdir.
Qeyd edək ki, İsveçin “Volvo Cars” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi “Scandinavian Auto” QSC-dir.
Ünvan: Əhməd Rəcəbli 40B; Tel: 050 282 19 99

Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!












