Zooparka gedənlərin diqqətinə - Şəxsi avtomobillərdən istifadə etməyin - VİDEO

Heyvanlarının sayı artırılıb, ərazisi abadlaşdırılıb. Ancaq avtomobil saxlamağa yer tapılmır. Görüntülər Bakı Zooloji parkının ətrafındandır. Xüsusilə istirahət günlərində buranı ziyarətə gələnlər nəqliyyat vasitələrini park etməkdə çətinlik çəkirlər. Çünki zooparkın daxilindəki parklanma yeri məhdud saydadır və təlabatı ödəmir.
Avtomobillərini dayanma-durmanın qadağan edildiyi ərazidə park etmələri isə sürücülərə baha başa gəlir.
Parklanma problemi ərazidə nəqliyyatın hərəkətinə də mane olur. İstirahət günlərində bu yolda həmişə uzun tıxaclar yaranır.
Zooloji parkdan xəbər ertəsinə bildirildi ki, sözügedən ərazidəkiparklanma yeri 30 avtomobil üçün nəzərdə tutulub. Digər nəqliyyat vasitələri yol kənarlarında park edilə bilər. Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşı Araz Əsgərli isədeyir ki, Zooparka gələn şəxslər avtomobillərini yalnız xüsusi təyinatlı parklanma yerində saxlamalıdırlar. Belə yerlər də məhdud olduğundan, qurum rəsmisi vətəndaşlara istirahətə gələrkən ictimai nəqliyatdan istifadəni tövsiyə edir. Əks halda dayanma-durma qaydalarını pozan sürücüləri 20 manatdan 40 manatadək cərimə gözləyir.
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!











