Banner

Ağstafada AĞIR QƏZA: Xəsarət alanlar var - YENİLƏNİB

Qəzalar 25 Noyabr 2026 17:00
Ağstafada AĞIR QƏZA:  Xəsarət alanlar var  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Ağstafada xəsarət alanların vəziyyəti açıqlanıb.

TƏBİB-dən bildirilib ki, noyabrın 25-də saat 12:30-da yol-nəqliyyat hadisəsində xəsarət alan 4 nəfər (3 kişi, 1 qadın) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Müalicələri tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir.

1959-cu il (kişi) təvəllüdlü şəxsin vəziyyəti ağır, digər üç nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Xatırladaq ki, hadisə rayonun Dağ Kəsəmən kəndində iki avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

***14:11
Ağstafada avtomobillər toqquşub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, rayonun Dağ Kəsəmən kənd ərazisində QAZ-24 və "Mercedes" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 1972-ci il təvəllüdlü Ş.Qarayev, 1957-ci il təvəllüdlü R.Əfəndiyev, 1959-cu il təvəllüdlü İ.Qarayev və 1994-cü il təvəllüdlü N.Qarayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, xəsarət alanlardan üçü bir ailənin üzvüdür.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 204
ŞƏRH YAZ
Ad

E-mail

Şərh