COP29 gündəliyi TƏSDİQLƏNDİ

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının gündəliyi təsdiq edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə qərarı COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev konfransın açılışından sonra keçirilən plenar iclasda açıqlayıb.
Gündəliyin hər bir məsələsi üzrə ayrıca səsvermə keçirilib.
Əvvəlcə M.Babayev gündəliyi təqdim etdi.
"Burada gedən bütün müzakirələr barədə ictimaiyyətə ətraflı məlumat verəcəyik. Əldə olunan bütün razılaşmalar gündəlik mətbuatda işıqlandırılacaq. Gündəliyə 15-ci məsələnin müzakirəsi daxildir", - deyə o bildirib.
Daha sonra UNFCCC İcraiyyə Komitəsinə və Kioto Protokoluna üzv olmaq üçün namizədlər irəli sürülüb. M.Babayev Kioto Protokolu və Paris İqlim Sazişinin İcraiyyə Komitəsinə seçkilərlə bağlı məsləhətləşmələrin noyabrın 16-dək başa çatdırılmasını təklif edib.
Birinci gün, həmçinin Tərəflərin Konfransındakı nümayəndələr, UNFCCC üzvü olmayan, lakin Konvensiyanın işində iştirak etməyə dəvət olunmuş qeyri-hökumət təşkilatları haqqında qərarlar qəbul edilib.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











